İran Prezidenti Ruhani 11 martda İraqa 3 günlük rəsmi səfərə yola düşəcək.
İRNA Bağdadda Ruhaninin İraq prezidenti və baş naziri ilə görüşəcəyini yazıb. İkitərəfli münasibətlər və regional vəziyyət müzakirələrin əsasını təşkil edəcək.
Yaxın Şərqdə təhlükəsizlik məsələləri, həmçinin iki ölkə arasında sosial-iqtisadi əlaqələrin gücləndirilməsi nümayəndə heyətinin keçirdiyi görüşlərdə ön planda olacaq.