İranda narkotik maddələrin qaçaqmalçılığında və qətldə günahlandırılan daha 3 nəfər edam edilib. Edam edilənlərdən ikisi ata və oğuldur.
Teleqraf.com xəbər ki, iranlı hüquq müdafiəçilərin yaydığı xəbərə əsasən, narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılan 50 yaşlı məhkum Şirməhəmməd Narui və onun 20 yaşlı oğlu Yunis Narui Cənubi Xorasan əyalətinin Bircənd şəhərinin zindanında dara çəkilib.
Həmçinin, qətldə günahlandırılaraq ölümə məhkum edilmiş və barəsində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə 8 gün əvvəl təkadamlıq kameraya köçürülmüş iki uşaq atası olan 33 yaşlı məhkum İbrahim Qorqic, martın 10-u sübh saatlarında Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərinin həbsxanasında dar ağacından asılıb.
Qeyd edək ki, İran İslam Respublikası əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamlara görə, dünyada 1-ci yeri tutur.