Bir sıra ölkələrin ardınca Rusiya da 8-ci və 9-cu nəsil “Boeing 737 MAX” modifikasiyalı təyyarələrin uçuşunu qadağan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Rosaviasiya”nın rəhbəri Aleksandr Neradko jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hava rabitəsi vasitəsilə Rusiyanın hava məkanında bu təyyarələrin uçuşuna qadağa qoyduğu nota şəklində dünya ölkələrinin müvafiq qurumlarına çatdırılıb.
Qadağa qeyri-müəyyən müddətədək qoyulub. Onun aradan qaldırılması ABŞ Federal Aviasiya Administrasiyasının və “Boeing” kompaniyasının özünün analizlərinin nəticələrindən sonra mümkün ola bilər.
Qeyd edək ki, martın 10-da Efiopiya səmasında “Boeing 737 MAX 8” təyyarəsinin qəzaya uğramasından sonra dünyanın bir çox ölkələri bu təyyarələrin uşusuna qadağa qoyub.