Fransada ötən həftə sonu boyunca yaşanan hökumət böhranının ardından qurulan yeni sosial-liberal hökumət ilk yığıncağını keçirib.
Benoit Hamondan boşalan Milli Təhsil Nazirliyinə isə sürpriz bir nəfər təyin olunub.
Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, gözəlliyi ilə diqqət çəkən 36 yaşındakı Mərakeş mənşəli qadın haqları və bərabərlik naziri Najat Vallaud Belkacem ilk qadın milli təhsil naziri olub. Belkacem əkscinsli evlilik və cinsiyyət nəzəriyyəsini məktəblərdə təbliğində günahlandırılaraq sağçı seçicinin qəzəbinə gələn bir nazir olaraq da diqqət çəkib.
Jean Marie Le Penin 2002-ci ildə ikinci müddətə qalmasının ardından siyasətə atılmağa qərar verən Belkacem Sosialist Partiyasına girdikdən sonra Segolene Royalın, ardından da Fransua Ollandın prezidentliyə namizədliyi zamanı seçki kampaniyasına spikerlik edib.
Hökumətdə əvvəl qadın və bərabərlik naziri, ardından idman naziri olaraq vəzifə alan Belkacem sədaqəti sayəsində kabinetin dördüncü əhəmiyyətli nazirliyinə qədər yüksəlib. Ancaq qadın və bərabərlik naziri ikən qəbul etdirdiyi qanunlarla sağ yönlü seçicinin reaksiyasını çəkən Belkacemin Milli Təhsil Nazirliyinə gətirilməsi, sağ yönlü mediada provakasiya olaraq xarakterizə edilib.