23 Mart 2019 12:58
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin şərqindəki Szyansu əyalətində kimya zavodunda baş verən partlayış qurbanlarının sayı artaraq 64 nəfərə çatıb, 28 nəfər itkin düşmüş sayılır.

Teleqraf.com xəbər verir ki, bu barədə şəhərin meri Yançen Çao Lubao keçirdiyi mətbuat konfransında bildirib.

Daha öncə 62 nəfərin həlak olduğu bildirilmişdi.

Mer qeyd edib ki, indiyədək həlak olanlardan 26 nəfərin şəxsiyyətini müəyənləşdirmək mümkün olub.

Yaralıların 21 nəfərini kritik vəziyyətdədir, daha 73 nəfər ağr durumdadır. Çao Lubao bundan əlavə 600-dən çox insanın zərəçəkdiyini bildirib.

Qeyd edək ki, partlayış martın 21-də səhər saatlarında baş verib.

Partlayış o qədər güclü olub ki, Çinin Seysmoloji Xidmət Agentliyi bunu 2,2 bal gücündə zəlzələ kimi qeydə alıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər