23 Mart 2019 18:42
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda radikal “Taliban” hərəkatının iki əsas lideri hava hücumu nəticəsində məhv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Khaama Press” agentliyi ölkə silahlı qüvvələrinin 209-cu “Şahin” korpusuna istinadən məlumat verib.

Əməliyyat ölkənin şimalındakı Faryab əyalətində həyata keçirilib.

Talibanın iki mühüm şəxsi – Molla Arif və Mövlavi Qiyasəddin bölgənin Kaysar rayonunda məhv ediliblər.

Qeyd olunur ki, onlar Kaysar və Almar bölgələrində terror fəaliyyətlərində iştirak ediblər.

Bununla yanaşı, hərbçilər 29 “Taliban” yaraqlısını məhv edib, daha 15-ni yaralayıblar.


Müəllif: Səxavət