24 Mart 2019 11:10
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti Prokopis Pavlopulosa təbrik məktubu göndərib.

Teleqraf.com-un xəbərinə görə, məktubda deyilir:

"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər