Almaniyanın məşhur Bayer AG dərman şirkəti məhkəmənin qərarı ilə xəstəyə 80 milyon dollar təzminat ödəyəcək.
Teleqraf.com xəbər verir ki, ABŞ vətəndaşı Edvin Hardeman ötən il şirkətin Mansanto Roundup adlı dərmanından istifadə edərkən xərçəng xəstəliyinə tutulduğu iddiası ilə məhkəməyə müraciət edib.
San Fransisko məhkəməsi vətəndaşın iddiasını təmin edib. Məhkəmə dərmanın üzərində risk xəbərdarlığının olmamasını əsas gətirib və vətəndaşın xərçəng xəstəliyinə tutulmasında bunun rolu olduğunu qeyd edib.