Ukraynada prezidentliyə namizədlər Vladimir Zelenski və sabiq baş nazir Yuliya Timoşenko səsvermə hüququndan istifadə edib.
Teleqraf.com xəbər verir ki, Zelenski səsvermədən sonra jurnalistlərə açıqlamasında namizədlərin sayının çoxluğunu ölkədə demokratiyanın inkişafı ilə əlaqələndirib: "Bu cür müstəqil ölkəmizin olması möhtəşəmdir. Nə qədər çox namizədimiz olsa, o qədər azad cəmiyyətimiz və şəffaf seçkimiz olacaq".
Məşhur şoumen prezident seçiləcəyi təqdirdə ilk səfərini ölkənin əyalətlərinə edəcəyini söyləyib.
Yuliya Timoşenko isə səs verəndən sonra artıq ölkədə yeni mərhələnin başladığını deyib.
Qeyd edək ki, prezident postu uğrunda əsas mübarizə hazırki prezident Petro Poroşenko, Vladimir Zelenski və Yuliya Timoşenko arasında gedir.