Aprelin 8-də İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyanın aclıq aksiyasına başlayıb.
Teleqraf.com xəbər verir ki, fəal ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq aprelin 9-da aclığa başladığını bildirib.
Kuxiyanın yaxınlarının dediyinə görə, azərbaycanlı fəalın saxlanılması İran parlamentinin deputatı Salman Xudadadinin sifarişi ilə baş tutub. Lakin Mehdi Kuxiyanın hansı səbəbdən saxlanılması məlum deyil.
Qeyd edək ki, Salman Xudadadi ötən aylarda güney azərbaycanlı Zəhra Nəvidpura cinsi təcavüz və onun şübhəli ölümü ilə bağlı gündəmə gəlmişdi.