10 Aprel 2019 12:15
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər etməyi planlaşdırır”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “NTV” televiziyasına müsahibəsində deyib.

O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı D.Tramp arasında telefon danışqları olur: “Qarşılıqlı səfərlərə gəlincə, Donald Tramp Türkiyəyə səfər etmək istədiyini bildirib. Bununla bağlı ABŞ Prezidenti milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltona səfərin tarixini müəyyənləşdirməyi tapşırıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-a səfər edə bilər. İki dövlət arasında yanlış anlaşılmaların aradan qaldırılması və müsbət şəraitin yaradılması baxımından belə ziyarətlərin əhəmiyyətli olduğunu düşünürük”./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər