Türk Silahlı Qüvvələri (TSK) keçirdiyi əməliyyat nəticəsində “Müharibə porsipi” kod adlı terrorçu Məmməd Soysürəni məhv edilib.
Teleqraf.com xəbər verir ki, Türkiyə ordusuna məxsus dronlar 3 gün ərzində terrorçunu və onun hərəkət trayektoriyasını izləyib.
PKK-nın xüsusi qüvvələrinə rəhbərlik etdiyi qeyd olunan Söysürənin İraqın Sinah-Haftan bölgəsində olduğu müəyyən edilib. Onun olduğu yerin koordinatları hərbi hava qüvvələrinə verib və bu ərazi F-16-lar tərəfindən bombalanıb.
Qeyd edək ki, son 3 ayda TSK və Milli İstihbarət Təşkilatının birgə fəaliyyəti nəticəsində PKK terror təşkilatının rəhbər heyətində təmsil olunan çoxlu sayda terrorçu məhv edilib.