10 Aprel 2019 16:37
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və ərəb dövlətlərinin iştirakı ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Ərəb NATO-su” adlandırılan və 2017-ci ildə imzalanmış Yaxın Şərq Strateji Paktının təsdiq edilməsi məqsədi ilə toplantı keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın rəsmi SPA agentliyi məlumat yayıb.

Toplantıda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Oman, Qətər, İordaniya və ABŞ nümayəndələri iştirak ediblər.

Tədbirdə Səudiyyənin nümayəndə heyətinə müdafiə naziri Təlal bin Üteyb başçılıq etdiyi halda, digər iştirakçıların tərkibi haqda məlumat verilməyib.

Toplantı bölgə və dünyada təhlükəsizliyin təmin edilməsi məqsədilə bir paktın qurulması yönündə atılan addım kimi qiymətləndirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər