14 Aprel 2019 19:28
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevin “Olimpiyski” stadionunda əsas rəqibi Vladimir Zelenski ilə nəzərdə tutulan debata gəlib.

Teleqraf.com xəbər verir ki, debat «Телеканал Прямий»da canlı yayımlanır.

Zelenski hələlik debata qoşulmayıb.

Poroşenko isə onu gözləmədən çıxışına başlayıb. Rəqibinin debata qoşulacağına şübhə ilə yanaşdığını deyən Poroşenko Zelenskini aprelin 16-da İCTV telekanalında canlı debata dəvət edib.

Sonra hazırkı prezident jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, Ukrayna xalqı Zelenskini prezident seçsə, rəqibinin qələbəsini qəbul edəcək.


Müəllif: Teleqraf.com