Türkiyənin Diyarbəkir şəhərinin Ərqani mahalında Zülkifl peyğəmbər türbəsinin damında qurğuşundan olan lövhələr oğurlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Diyarbəkirdə Mədəniyyət və Təbiətin Mühafizəsi İdarəsi məlumat yayıb.
2015-ci ildə əsaslı təmir olunan məbədin damındakı lövhələrin axşam saatlarında naməlum şəxslər tərəfindən götürüldüyü məlum olub.
Türbəyə təxminən 200 min lirə ziyan dəydiyi bildirilir.