Şimali Koreya taktiki xarakterli yeni silahını sınaqdan keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi dövlət agentliyi məlumat yayıb.
Məlumatda görə, taktiki xarakterli silah sisteminin sınaqdan keçirilməsi mərasimində ölkənin lideri Kim Çin İn də iştirak edib. İn silahın sınaqdan keçirilməsini “bu çox böyük əhəmiyyətə malikdir” sözləri ilə qiymətləndirib.
Bununla belə sınaqdan keçirilən silah barədə əlavə informasiya verilməyib. Mütəxəssislər isə hesab edirlər ki, rəsmi açıqlamada “taktiki silah” ifadəsinin işlədilməsi söhbətin uzaq mənzilli raket sınağından getdiyinə dəlalət edir.