Türkiyənin paytaxtı Ankarada “Natural” adlanan özəl Afrika telekanalı ilyarım öncə fəaliyyətə başlayıb.
Teleqraf.com xəbər verir ki, ingilis və fransız dillərində yayımlanan TV-nin 22 ölkədə 5 milyon evdən izləyicisi var.
Telekanalın aparıcıları Ruanda, Qana və Nigeriyadan olan gənclərdir.
“Natural” TV sabah cizgi filimlərlə Afrika ilə bağlı yayıma başlayacaq.
Hər gün televiziyada elektron qəzet hazırlanır. Yayıma mədəniyyət, iqtisadiyyat və idmanla bağlı proqramlar da daxildir. Əcnəbi filmlərlə yanaşı, türk filmləri də yayımlanır. Yaxın vaxtlarda türk serialları da yayıma daxil olacaq.
“O Səs Afrika” və mətbəxlə bağlı proqramlar da irəli sürülən layihələr arasındadır.
“Natural” TV-nin direktoru Tuncay Dəmirdir.