23 Aprel 2019 14:19
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyev İnzibati Dairə Məhkəməsinin hakimi Ukrayna Prezidenti Petro Poroşenkoya qarşı iddia qaldırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, iddiaçı iddia ərizəsində dövlət başçısının hərəkətsizliyindən şikayətlənib. Belə ki, P.Poroşenko öz vəzifəsini yerinə yetirməli və onun vəzifəyə təyin olunması barədə fərman verməli idi.

“İddiaçı öz mövqeyini belə əsaslandırıb ki, Ukrayna Prezidenti “Hakimlərin statusu haqqında” qanunun tələblərinə zidd olaraq, 2019-cu ilin fevral-mart aylarında onun hakim təyinatı ilə bağlı fərman verməyib, bu isə onun əmək haqqından məhrum edilməsi və əlavə ödənişlər almamasına səbəb olub”, – deyə məhkəmənin məlumatında qeyd olunub.

İşə Ali Məhkəmənin Kassasiya İnzibati Məhkəməsi tərəfindən baxılacaq.


Müəllif: Səxavət

Oxşar xəbərlər