İranda cinsi təcavüzdə ittiham olunaraq, ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.
Teleqraf.com xəbər verir ki, məhkum 5 gün əvvəl edam edilsə də, bu barədə məlumat yeni yayılıb.
Məlumata görə, adı mediaya açıqlanmayan məhkum aprelin 18-də Güney Azərbaycanın Ərdəbil şəhərində yerləşən həbsxanalardan birində dara çəkilib.
Edam edilən şəxsin məhkəmə prosesi barədə məlumat yoxdur.