Misirdə keçirilən ümumxalq referendumunda seçicilər səs çoxluğu ilə ölkə konstitusiyasına düzəlişlərin edilməsini dəstəkləyiblər.
Teleqraf.com xəbər verir ki, bunu Seçki Komissiyasının sədri Lyaşin İbrahim deyib.
Dəyişikliklərdən biri hazırkı dövlət başçısı Əbdül Fəttah Əs-Sisinin prezidentlik müddətinin uzadılmasını nəzərdə tutur.
Bununla da Fəttah əl-Sisi daha 11 il prezident qalmaq imkanını əldə edib. Yeni Konstitusiya qaydalarına əsasən əl-Sisi 2022-ci ilə qədər deyil 2024-cü ilə qədər prezident qalacaq. Növbəti prezident seçkilərində qalib gələrcəyi təqdirdə isə o, daha 7 il hakimiyyətdə qalacaq.