Şimali Koreya rəhbəri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə Koreya qılıncı hədiyyə edib.
İki ölkə rəhbəri arasında ilk danışıqlar başa çatıb.
Qılıncı təqdim edərkən, Kim Çen In bildirib ki, bu qılınc Koreya xalqının gücünü və ruhunu təcəssüm etdirir.
Qeyd edək ki, Kim Çen In ötən gün qatarla Rusiyanın Vladivostok şəhərinə səfər edib. İki ölkə rəhbəri arasında ilk görüş bu gün baş tutub. Təkbətək görüş iki saata yaxın davam edib./trend/