İranda qəsdən adam öldürmədə ittiham olunaraq edama məhkum edilmiş daha 2 nəfər dara çəkilib.
Teleqraf.com xəbər verir ki, 6 il əvvəl Faruc şəhərində baş vermiş kütləvi davada qətl törədən və adı mediaya açıqlanmayan 30 yaşlı məhkum Məşhəd şəhərində edam olunub.
Həmçinin 4 il əvvəl eyni ittihamla həbs edilərək ölüm hökmü alan və adı açıqlanmayan daha 1 məhkum Babol həbsxanasında dar ağacından asılıb.