Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin Pekində baş tutan danışıqlardan sonra hədiyyə mübadiləsi aparıblar.
Teleqraf.com xəbər verir ki, V.Putin 1956-cı ildə rəssam İsaak Qrinşteyn tərəfindən çəkilmiş “Rus-Çin əməkdaşlığı” plakatını hədiyyə edib.
Plakatda SSRİ və Çinin xəritəsi fonunda dayanmış iki ölkədən olan fəhlələr əks olunub. Həmçinin Moskvaya, Pekinə, Alma-Ataya və Lançjouya gedən dəmiryol xətləri göstərilir.
Plakat 1 yanvar 1956-cı ildə Moskva-Ulan-Bator-Pekin dəmiryolunun və “Pekin” və “Moskva” mehmanxanalarının istifadəyə verilməsi münasibətilə hazırlanıb.
Öz növbəsində Si Cinpin Pekindəki “Dostluq” mehmanxanasının gümüşü masa dəsti əks olunan rəsm əsəri hədiyyə edib. Masa dəstin rəsmində Qədim Çinin və maqnoliya çiçəklərinin gözəlliyini özündə əks etdirən fincan, dayaz boşqab, çubuqlar və qaşıq əks olunub.