26 Aprel 2019 15:53
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da həbsdə olan əslən azərbaycanlı, Türkiyənin tanınmış iş adamı Rza Zərrabın malikanəsində axtarış aparılıb.

Teleqraf.com xəbər verir ki, Kandillidəki malikanə mədəniyyət nümunəsi olduğu halda əlavə müdaxiləyə məruz qaldığı üçün Rza Zərrab və memar Firuz Akın Xanı 10 ilə qədər həbs gözləyə bilər.

Malikanənin açarı Rza Zərrabın həyat yoldaşı məşhur müğənni Ebru Gündəşdən istənilsə də, o, açarı tapmadığından qapı çilingərin köməkliyi ilə açılıb.

Məlumatlara görə, iş adamı malikanədə mərtəbələrin sayını artırıb, bünövrəyə xətər yetirən əlavələr edib.

Rəsmi icazə alınmadığından iş adamı və memarın qanunla mühakimə olunacağı bildirilir.


Müəllif: Leyla

Oxşar xəbərlər