Türkiyənin Siirt bölgəsindəki Baykan rayonu ərazisində keçirilən antiterror əməliyyatı nəticəsində “Cemal” ləqəbli təhlükəli terrorçu Mehmet Yaman öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Mehmet Yamanın ələ keçirilməsi üçün 600 min Türkiyə lirəsi (100 min ABŞ dolları) məbləğində mükafat ayrılmışdı. O, təhlükəli terrorçular sırasında axtarışda idi.