2 May 2019 13:16
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə polisi PYD/YPG komandirini həbs edib.

Teleqraf.com xəbər verir ki, bu gün Türkiyə Daxili İşlər Nazirliyi Terrorla mübarizə idarəsinin əməkdaşları İzmirdə əməliyyat keçirib.

Əməliyyat zamanı 12 nəfər həbs edilib.

Araşdırma zamanı bəlli olub ki, PKK-nın Suriya əlavəsi olan PYD/YPG-nin komandirlərindən Ş.R. adlı terrorçunun barmaq izləri ilə 8 ay əvvəl Bucada ələ keçirilən Molotov kokteylləri üzərindəki barmaq izləri eynidir.

Ehtimal edilir ki, PYD/YPG sıralarında 4 il müddətinə Şeyx Maqsud bölgəsində vuruşan Ş.R. Türkiyədə terror hadisələri törətmək niyyətində imiş.


Müəllif: Cavad

Oxşar xəbərlər