2 May 2019 15:21
2 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin 11-ci prezidenti Abdullah Gül artıq yeni partiya quracağı məsələsini gizlətmir. Bu haqda o qədər danışmaq istəməsə də, yeni partiyanın qurulacağına dair ehtimallar öz təsdiqini tapır”.

Teleqraf.com xəbər verir ki, bunu türk politoloq Murad Sabuncu deyib.

Onun sözlərinə görə, Türkiyə siyasətində bölücü kimi tanınan Gül yenidən meydana qayıdır:

“1999-cu ildə Fazilet Partiyasında “islahatçı qanad”da təmsil olunan Abdullah Gül bu gün siyasətdə əsas yoldaşı olan Rəcəb Tayyib Ərdoğanın qatarında yer almır. Gül bu günlərdə keçmiş nazirlərdən Ali Babacanla “yeni qatar səyahəti”nə başlayır. Qənaətimə görə, Gül-Babacan “qatarı” yaxında yola düşəcək”.

Murad Sabuncu sabiq prezidentin quracağı yeni partiyanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) üçün ağır zərbə olacağını istisna etmir:

“Abdullag Gül Türkiyə cəmiyyətinin yaxından tanıdığı və vaxtilə AKP-də mühüm postlar tutmuş bir siyasətçidir. Digər yandan, AKP-nin idarəetmə sistemini və rəhbərliyini yaxşı tanıyır. İndi də, AKP rəhbərliyində təmsil olunan bir sıra nüfuzlu şəxslərlə əlaqələri var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər