Ukrayna Ali Radasının deputatı Mustafa Nayem İrəvanda Zvartnos hava limanında saxlanılıb.
Teleqraf.com xəbər verir ki, deputat bunu Ermənistanda “arzuolunmaz şəxs” elan edilməsi və bundan xəbərsiz olmasıyla əlaqələndirib.
Nayem bunun Rusiya hakimiyyətinin tələbi ilə baş verdiyinə inandığını bildirib.
O, iki saat erməni polisi tərəfindən hava limanında saxlanılıb:
“Təxminən iki saatdan çox sənədləri yoxladılar və yalnız bundan sonra məni sərbəst buraxdılar.
Rusiya və Ermənistan arasında birgə hazırlanmış “arzuolunmaz şəxslər siyahısı”nda olduğumu öyrəndim. Əvvəl Rusiyaya buraxmırdılar, indi Ermənistana da buraxmaq istəmirdilər”.