İtaliya qeyri-qanuni tullantı sahələrinin təmizlənməsindən sonra Avropa Komissiyasının tətbiq etdiyi sanksiyalardan azad olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının mənbələri məlumat yayıb. Bildirilir ki, bu addım ölkədə daha 7 qeyri-qanun tullantı sahəsinin təmizlənməsindən sonra atılıb. Qeyri-qanuni tullantı sahələri ölkənin Kampanya, Abruçço, Latsio və Kalabriya regionlarında qalıb.
Xatırladaq ki, İtaliya qeyri-qanuni tullantılara görə uzun illər Avropa Komissiyası tərəfindən sanksiyalara məruz qalıb.