5 May 2019 20:17
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi dövlətlər ABŞ-ı və prezident Donald Trampı faciə ilə nəticələnəcək müharibəyə sürükləyir.

Teleqraf.com xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Əl-Cəzirə” televiziyasına müsahibəsində deyib.

Nazir bildirib ki, istər Konqresdə, istərsə də ictimaiyyətdə ABŞ prezident Trampın siyasətinin əleyhinə çıxanların çoxalması təsadüfi xarakter daşımır. Onlar başa düşürlər ki, ABŞ mənasız silahlı münaqişəyə doğru gedir.

İrana qarşı sanksiyaları iqtisadi terrorçuluq adlandıran M.C.Zərif qeyd edib ki, sanksiyalardan İran ilə yanaşı, bir çox digər dövlətlər də əziyyət çəkir. Bu fakt dünyada ABŞ-ın nüfuzuna çox ciddi zərbə vurur.

Nazir nəzərə çatdırıb ki, Vaşinqton administrasiyası özünün milli maraqlarını deyil, başqa qüvvələrin maraqlarına xidmət edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər