10 May 2019 17:49
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Macarıstandakı səfirliyi macar poçtu ilə əməkdaşlıq şəraitində Şuşanın işğalının 20-ci ildönümü ərəfəsində xatirə marka-bukleti çap etdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev məlumat yayıb.

“Növbəti xatirə markasını Şuşanın işğaldan azad olunmasına həsr etməyi düşünürük. Amma ömür çatacaqmı?”, - deyə diplomat qeyd edib.

Marka-bukletdə bu fikirlər yer alıb: “Bu il Azərbaycan xalqı daha bir kədərli ildönümü qeyd edir – 1747-ci ildə Qarabağ hökmdarı Pənahəli xanın əsasını qoyduğu Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalının 20 ili tamam olur. Xalqın sevə-sevə Qala adlandırdığı, “Qafqazın konservatoriyası”, mədəniyyət və sənət beşiyi kimi tanınan dağlar qoynundakı bu gözəl şəhər indi xarabazarlığa çevrilib, maddi və mənəvi sərvətləri dağıdılıb, talan edilib. Şuşa əvvəllər də işğala uğrayıb. Amma xalqımız əzmi, iradəsi ilə onu geri qaytara bilib. İnanırıq ki, tarix yenə özünü təkrar edəcək. Şuşa yenə bizim olacaq!”


Müəllif: Nərgiz

Oxşar xəbərlər