10 May 2019 20:35
1 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğluna sosial şəbəkə vasitəsilə dəstək verən sənətçilərlə bağlı ilk dəfə danışıb.

Teleqraf.com xəbər verir ki, Əkrəm İmamoğlunun Yüksək Seçki Qurulunun İstanbulla bağlı qərarından sonra məşhurlardan dəstək gözlədiyinə dair bəyanatına tanınmış şəxslər reaksiya verib və “hərşeyçoxgözəlolacaq” həştəqi ilə dəstək mesajları yazıb.
Binəli Yıldırım isə hesab edir ki, açıq şəkildə tərəf tutmaq həmin sənətçilərin karyerasına da çox fayda verməz: “Hər kəs öz mövqeyini ifadə edə, tənqidi fikirlərini söyləyə bilər. Lakin bu, təhqirə keçməməlidir. İdeoloji şəkildə deyil, hər kəs ayrı-ayrılıqda öz fikrini söyləyə bilər. Amma açıq şəkildə tərəf tutmaq onlara fayda verməz”, - deyə AKP namizədi bildirib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər