13 May 2019 18:43
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Maliyyə Nazirliyi ABŞ-dan idxal olunan 5 mindən çox məhsula 5-25%-lik gömrük rüsumu tətbiq edib.

Teleqraf.com xəbər verir ki, Çin tərəfinin qərarı ABŞ prezidenti Donald Trampın, təxminən, 300 mlrd. dollarlıq Çin malına gömrük rüsumunun artırılması barədə qərarına cavab olub.

16:56

Yeni gömrük rüsumları iyunun 1-dən tətbiq ediləcək. Onlar illik idxal dəyəri 60 milyard dollar olan 5 140 növ məhsul üçün müəyyən edilib. Bunlardan 2 493-ü üçün gömrük dərəcəsi 25%, 1 078 məhsul üçün 20%, 974 məhsul üçün 10%, 595 məhsul üçün isə 5%-dir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər