Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Yəmən müharibəsində istifadə etdiyi Fransa istehsalı olan silahlarla bağlı məxfi məlumatları yayan iki fransız jurnalist həbs edilə bilər.
Teleqraf.com xəbər verir ki, Fransada Geoffrey Livolsi və Mathias Destal haqqında dövlətin məxfi məlumatlarını yaymaq ittihamı ilə Paris prokurorluğu cinayət işi açıb.
Fransanın Səudiyyə Ərəbistanı və BƏƏ-nə Yəməndə istifadə üçün tədarük etdiyi silahlar haqqında məlumatı yayan qəzetçilər Daxili Kəşfiyyat Xidmətində ifadə veriblər.
Jurnalistlər əldə etdikləri məlumatı “Disclose” adlı qəzetdə çap ediblər.