Bildirilir ki, Ukrayna vətəndaşı Buşehr Atom Elektrik Stansiyasında casusluq edərkən tutulub.
Özünü ekspert kimi təqdim edən Ukrayna vətəndaşı AES-də müqavilə əsasında işləyən rusiyalı mütəxəssislərlə stansiyaya daxil olub. Lakin onun hansı şəraitdə və necə tutulmağı barədə hər hansı məlumat verilmir. Ukrayna vətəndaşının adı açıqlanmır.
Qeyd edək ki, İran tərəfi bəyan edib ki, rəsmi Tehran nüvə proqramından dinc məqsədlər üçün istifadə etməyi nəzərdə tutur.