Ukraynanın yeni prezidenti Vladimir Zelenski 2018-ci ilə olan vergi bəyannaməsini dərc edib.
Teleqraf.com xəbər verir ki, bəyannaməyə görə, V.Zelenski 2018-ci ildə 4 milyon 170 min qrivna (160 min dollar), onun xanımı Yelena Zelenskaya 5 milyon 500 min qrivna gəlir əldə edib.
Həmçinin Vladimir Zelenski Kiyevdə beş, İtaliyada iki , Böyük Britaniyada icarəyə götürülmüş iki ev, Gürcüstanda tikintisi gedən 10 hotelin sahibidir. Onun “PrivatBank”dakı hesabında 400 min dollar, “OTP Bank”da isə 1 milyon qrivnası var.