Rusiya polisinin həbs etdiyi seneqallı gəncin üzərindən ana və atasına aid bağırsaqlar çıxıb.
Teleqraf.com xəbər verir ki, Moskvada xidmətdə olan iki polis əməkdaşı özünü şübhəli aparan gənci izləyib.
Daha sonra polis onu və üzərini axtarıb. Rus dilində bilməyən şəxs polisə müqavimət göstərməyib. Axtarış zamanı gəncin üzərindən bağırsaqlar çıxıb. Qurumuş bağırsaqlar gəncin üstdən qarnına dolanıbmış. Seneqallı dərhal Polis İdarəsinə aparılıb.
Tərcüməçi vasitəsilə ifadə verən Alban bildirib ki, qarnına doladığı bağırsaqlar vəfat edən ana və atasına məxsusdur, onların adət-ənənəsinə görə, ailəsindən qalan bir parçanı bədənə bağlamaqla pis ruhlardan müdafiə olunurlar.