Martın 31-də Ankara Böyükşəhər Bələdiyyəsinin sədri seçilmiş Mənsur Yavaş sensasiyalı bəyanatla çıxış edib.
Teleqraf.com-un türk mediasına istinadla verdiyi xəbərə görə, bir iftar tədbirinə qoşulan Mənsur Yavaş deyib: "Son zamanlar İstanbulu həll edəndən 6 ay sonra Ankara seçkilərinin də taleyinin həll etməyə hazırlaşdıqları barədə məlumatlar yayılır. Bunlar təəssüf doğuran şeylərdir".
Mənsur Yavaş həmişə açıq siyasət yeritdiyini deyib: "Mən ortadayam, hər şeyə açığam. Üç dəfə namizəd oldum, mənimlə əlaqədar bir xüsus vardısa indiyə qədər 100 dəfə üzə çıxarmalıydız. Amma sonradan sonraya bəzi oyunlarla Ankara sakinlərinin iradəsini yox saymaq həm türk demokratiyasına, həm də türk iqtisadiyyatına ziyan gətirər".