27 May 2019 15:27
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aşot Paşinyan digər əsgərlərlə birlikdə təlim almaq üçün İrəvanda gəlib, yaxın günlərdə yenidən Qarabağa qayıdacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan deyib.

O, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində “hərbi xidmət”də olan oğlu Aşotla bağlı mediada yayılmış məlumata aydınlıq gətirib.

Anna Akopyan Aşotun İrəvana müvəqqəti gətirildiyini və bunun arxasında siyasi məqsəd durmadığını deyib.

Baş nazirin xanımının çıxışındakı ikibaşlı fikir də diqqət çəkib. O, oğlunun həm təlim, həm də məzuniyyət üçün İrəvana gəldiyini iddia edərək, ictimaiyyətin birmənalı qarşılamadığı məsələni qaranlıqda saxlayıb:

“Məzuniyyətinin bir hissəsini evdə keçirdi, sonradan təlimlərə qatılıb, yenidən geri qayıdacaq”.

Bundan əvvəl isə erməni mediasında Baş nazir Nikol Paşinyanın oğlunun Qarabağda “xidmət” etmədiyi, İrəvanda olduğu barədə məlumat yayılıb. Erməni mənbələr Aşot Paşinyanın öldürülməsindən ehtiyat edildiyi üçün İrəvana qayıtarıldığını iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu