Ermənistan Baş naziri Nikol Paşinyan Belarus Təhlükəsizlik Şurasının başçısı Stanislav Zası KTMT-nin baş katibi postuna namizəd seçilməsi ilə bağlı təbrik edib.
Teleqraf.com xəbər verir ki, Paşinyan gələn ilin yanvarın 1-dən etibarən Zasın rotasiya qaydasına uyğun olaraq, KTMT-dəki vəzifəsinin icrasına başlayacağına görə sevindiyini bildirib.
Qeyd edək ki, Paşinyan bundan əvvəl Yuri Xaçaturovun KTMT-nin baş katibi vəzifəsindən vaxtından əvvəl uzaqlaşdırılmasından sonra postun Belarusa keçməsinə etiraz etmişdi. O bildirmişdi ki, boş qalmış vəzifəyə Ermənistan nümayəndəsi təyin edilməlidir. Belarus, Rusiya və ittifaqda digər üzv dövlətlər Paşinyanın bu tələbini rədd edib.
Yanvarın 1-dək KTMT-yə Ermənistanın yerinə Rusiya rəhbərlik edəcək.