“Moskva və Vyanada Dağlıq Qarabağ münaqişəsi üzəri baş tutmuş görüşlərdə əldə edilmiş anlaşmaların bəzi nəticələrini yaxında göstərə biləcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan deyib.
Nazir bir sıra məsələlərin ATƏT-in Minsk qrupu həmsdərləri ilə müzakirə edildiyini bildirib:
“Bundan sonra daha əhatəli bir nəticə göstərə biləcəyik, çünki bu mərhələdə əldə edilmiş anlaşmaların yerinə yetirilməsinə yönəlik proses davam edir”.