30 May 2019 14:10
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyalı qadın repçi İggi Azaleanın başı son günlərdə mediaya sızdırılan çılpaq fotoları ilə dərddədir.

Teleqraf.com xəbər verir ki, məşhur repçi bu skandaldan sonra sosial şəbəkə hesablarını bağlayıb.

Populyar bir jurnalın Avstraliyada yayımlanan versiyası üçün cəsarətli pozalar verən İggi Azleanın fotoları keçən günlərdə icazəsi olmadan internetdə yayılmağa başlayıb.

Özü haqda yayılan məlumatlardan xəbərdar olduğunu bildirən 28 yaşlı repçinin baş verənlərə münasibəti belə olub:

“İnsanların bədənimlə bağlı qurduqları xəyallar və düşüncələri məni narahat edir. Düşüncələrin açıq formada dilə gətirilməsi ürəyimi bulandırdı.

Məşhur bir jurnal üçün poza verəndə belə olacağını düşünmürsünüz. Çəkiliş bitdikdən sonra istifadə olunmayacaq şəkillərin saxlanılması axmaqlıqdır. Ailəmin və sevdiklərimin qarşısında təhqir edildim”.

Çəkilişi həyata keçirən fotoqraf Nino Munoz isə skandal haqda səssizliyini bu sözlərlə pozub: “İggi Azlea ilə reallaşdırdığımız çəkilişdən sonra yayılan fotoları məndən oğurladılar və icazəm olmadan paylaşıldı. Bunu edənlər qanun qarşısında cavab verəcəklər”.

Fotoları təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər