ABŞ-da bir vətəndaş Ağ Evin qarşısındakı parkda özünü yandırıb.
Teleqraf.com xəbər verir ki, polis qrupları tərəfindən yanğın söndürülüb və şəxs dərhal xəstəxanaya çatdırılıb.
Vətəndaşın kimliyi və özünü hansı səbəblərdən yandırdığı hələlik bəlli deyil. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.