3 İyun 2019 10:46
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Trampın İngiltərənin yeni baş nazirinin kim olacağını müəyyən etməyə çalışması demokratiyaya qarşı qəbuledilməz müdaxilədir.

Teleqraf.com xəbər verir ki, bu sözləri İngiltərənin müxalif İşçi Partiyasının lideri Ceremi Korbin deyib.

Müxalifət lideri əlavə edib ki, İngiltərənin yeni baş nazirini nə ABŞ prezidenti, nə də 100 mindən çox üzvü olan Mühafizəkarlar Partiyasının üzvləri seçir: “Yeni baş naziri seçkilər vasitəsi ilə ingilis xalqı müəyyənləşdirir”.

Qeyd edək ki, İngiltərənin baş naziri Tereza Mey iyunun 7-də vəzifədən gedəcəyini açıqlayıb.

Londonun bələdiyyə sədri Sadiq Xan da ABŞ Prezidenti Trampı kəskin tənqid edib: “Tramp indi də utanmaz şəkildə Mühafizəkar Partiya daxilində liderlik yarışına müdaxilə edir. Çünki yeni müttəfiqlik arayışındadır”.

Xatırladaq ki, bir neçə gün əvvəl Donald Tramp “Sun” qızetinə müsahibəsində İngiltərənin yeni baş naziri kimi Boris Consonu gördüyünü bildirib.


Müəllif: Cavad

Oxşar xəbərlər