Erməni milli fəal Vardan Harutyunyan keçmiş Robert Köçəryanın tərəfdarlarının hücumuna məruz qalıb.
Teleqraf.com xəbər verir ki, iş yeri yaxınlığında fəala hücum edən Köçəryan tərəfdarları onu hamının gözü qarşısında döyüblər.
Vardan Harutyunyan ona hücum edən şəxslərin Köçəryanın dəstəkçisi olan Daşnaksütyun Partiyasının üzvləri olduğunu bildirib:
“İkinci dəfə iş yerimin yaxınlığında hücuma məruz qaldım. Polis məsələni araşdırmadı və təhlükəsizliyimi təmin etmədi. Buna görə də öz təhlükəsizliyimi özüm təmin etmək məcburiyyətindəyəm.
Erməni polisi, bundan sonra siz yoxsunuz”.
Erməni KİV Vardan Harutyunyanın Robert Köçəryan və daşnakları təhqir etdiyinə görə, hücuma məruz qaldığını yazıb.
Fəala bundan əvvəl mayın 20-də hücum olmuşdu.