6 İyun 2019 17:09
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Milli Konqres Partiyası sabiq prezident Robert Köçəryan tərəfdarlarının Vardan Harutyunyana hücumuna etiraz bəyanatı yayıb.

Teleqraf.com xəbər verir ki, Ermənistan birinci prezidenti Levon Ter-Petrosyanın lideri olduğu partiya milli fəala fiziki zorakılıq tətbiq edən daşnakları barbar və terrorçu adlandırıb.

Açıqlamada bildirilib ki, Vardan Harutyunyana qarşı hücum terrordan başqa bir şey deyil və bu, əvvəlcədən planlaşdırılmış formada hazırlanıb:

“Daşnaklar terrorizmi siyasi mübarizə metodu kimi mənimsəyib, onların müasir dəyərlərə uyğun gəlməyən bu üslubu mafiya qanunlarına əsaslanır”.

Partiya Ermənistan hüquq mühafizə orqanlarını Vardan Harutyunyana fiziki zorakılıq tətbiq edən şəxsləri cəzalandırmağa çağırıb.

Qeyd edək ki, erməni milli fəal iki dəfə İrəvandakı iş yerinin qarşısında Köçəryan tərəfdarlarının və Daşnaksütyun Partiyası üzvlərinin hücumuna məruz qalıb. Harutyunyanı küçə ortasında döyən Köçəryan tərəfdarları onu ölümlə təhdid ediblər.

Vardan Harutyunyan sosial şəbəkədə qatı Köçəryan və Daşnaksütyun əleyhdarı kimi tanınır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər