8 Sentyabr 2014 18:09
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK-lı terrorçular Türkiyənin Muş bölgəsinin Bulanıq rayonunun Çataklı kəndinə basqın edərək, 10 uşağı silah gücü ilə dağa qaçırıblar.

Teleqraf.com-un “Hürriyyət”ə istinadən verdiyi xəbərə görə, terrorçular dünən gecə əhalini kənd məscidinə yığaraq dəstək istəyiblər.

Daha sonra içərisində biri qız olmaqla 12-15 yaşlı 10 uşağı qaçırıblar. Terrorçular açıqlamasında əsgər lazım olduğu üçün uşaqları qaçırdıqlarını deyiblər.

Qeyd edək ki, Çataklı kəndinin 1100 nəfər əhalisi var və bunlardan 750-si uşaqdır.

Samir


Müəllif:

Oxşar xəbərlər