7 İyun 2019 21:14
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya ilə Çexiya arasında Bad Gotteuba sərhəd məntəqəsində diplomatik avtomobildə 70 kiloqram heroin ələ keçirilib.

Teleqraf.com xəbər verir ki, Monqolustan vətəndaşı olduqları deyilən diplomatlar həbs edilib.
Əvvəlcə gömrük əməkdaşlarının avtomobilə baxış keçirmək tələbini diplomatlar rədd edib. Bundan sonra gömrük əməkdaşları Berlinlə əlaqə saxlayıb və bu zaman bəlli olub ki, avtomobildə olan diplomatlar Almaniyada akkreditasiyadan keçməyiblər. Avtomobildə aparılan yoxlama zamanı hər biri 500 qram heroin olmaqla 140 bağlama və iki çanta tapılıb.

Heroinin Avropa bazarlarında satış dəyəri minimum 3 milyon avro olduğu deyilir.


Müəllif: Cavad

Oxşar xəbərlər