Rusiyanın Samara vilayətindəki Sızran şəhər orta məktəblərdən birinin 11-ci sinfini bu il bitirən məzun mayın 29-da, hamiləliyinin doqquzuncu ayında riyaziyyatdan vahid dövlət imtahanı verməyə gəlib.
Teleqraf.com xəbər verir ki, bu səbəbdən test imtahanının keçirildiyi yerə təcili tibbi yardım “kareta”sı göndərilib.
Rusiya Təhsil Nazirliyinin Qərb bölgəsi üzrə Elm və Təhsil İdarəsindən bildiriblər ki, qız imtahanı normal rejimdə, hər hansı hadisə baş vermədən verib. Həkim briqadası isə hər ehtimala qarşı məktəbdə növbətçilik edib.
11-ci sinif şagirdinin doğuşu mayın 31-də baş verib, hazırda ana və körpə özünü yaxşı hiss edir.