12 İyun 2019 19:24
1 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun zamandır mediada görünməyən Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan publika qarşısına çıxıb.

Teleqraf.com xəbər verir ki, o, bu gün keçmiş baş nazir Andranik Markaryanın 68-ci ildönümündə məzarını ziyarət edib.

Sərkisyanı İrəvanın sabiq meri Taron Markaryan və Respublika Partiyasının nümayəndələri müşayiət edib.

Keçmiş prezident Markaryanın qəbri qarşısına gül dəstəsi qoyandan sonra jurnalistlər sualla ona müraciət etsə də, o, cavab verməkdən imtina edib.

Sərkisyan “Bir suala belə cavab verməyəcəyəm” deyərək uzaqlaşıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər